Azərbaycan - Portuqaliya oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

2022-ci il dünya çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Portuqaliya oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.
Bu barədə ” MİNVAL.İNFO”a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
O bildirib ki, qarşılaşma üçün 19 min bilet satılıb. Koronavirus pandemiyası ilə əlaqədar matça stadionun azarkeş tutumunun 50%-i qədər tamaşaçı buraxılacaq.
Biletləri “iticket” mobil tətbiqi və veb saytı, həmçinin “Gənclik Mall” və “28 Mall”da yerləşən “iticket” bilet satış məntəqələrindən əldə etmək olar.
Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim edilir. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2 manat, 5 manat, 10 manat və 15 manatdır.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?