Azərbaycan neftinin qiyməti 128 dollara çatıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,81 ABŞ dolları, yaxud 0,64 % artaraq 127,94 ABŞ dolları təşkil edib.
Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
ƏLAQƏLİ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı qərar “qara qızıl”ın qiymətindəki artımı sürətləndirib.
Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 120,57 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
Hindistanda bank soyğunçusu bibər tozuyla yaxalandı
