Azərbaycan neftinin qiyməti 102 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,24 % artaraq 102,15 ABŞ dolları təşkil edib.
Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 100,01 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çin Rusiyadan neft alışını kəskin artırıb
Azərbaycanın neft və qaz sənayesinin əməkdar işçisi vəfat edib
Ölkənin qızıl-gümüş bazarı yenə ucuzlaşdı
Dolların sabaha olan məzənnəsi
"NBC Bank"ın kapitalı AZALIB - BANK ZƏRƏRDƏ
Gələn il Azərbaycan “Cip” istehsalına başlayacaq
Qazın qiyməti rekord həddə bahalaşdı