Azərbaycan nefti 120 dollara qədər ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 0,91% azalaraq 120,86 ABŞ dolları təşkil edib.
“Minval.info” xəbər verir ki, bu barədə “report”a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 115,23 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.
Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
Hindistanda bank soyğunçusu bibər tozuyla yaxalandı
Müəllimlərin maaşı 35 faiz artır!
Neftin qiyməti kəskin artdı: 108,71 dollar
Neftin qiyməti 100 dollara yaxınlaşır!