06.09.2021 - 11:34
İdman 1 baxış

Azərbaycan millisinin daha bir futbolçusu Portuqaliya ilə oyunu buraxacaq

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin daha bir futbolçusu sıradan çıxıb.

“Minval.info”un məlumatına görə, Rüstəm Əhmədzadə sentyabrın 4-də Dublin şəhərində İrlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnib.

Ukraynanın “Minay” klubundan komandaya cəlb edilən 21 yaşlı hücumçunun sabah keçiriləcək qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya qarşılaşması saat 20:00-da başlayacaq. Millinin düşərgəsini daha əvvəl Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı vərəqə limiti ilə əlaqədar tərk edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: