04.10.2021 - 12:10
İdman
13 baxış
Azərbaycan millisi qarşıdakı iki oyunun hazırlıqlarına başlayıb

Futbol üzrə Azərbaycan milli komandası İrlandiya və Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunlarının hazırlığına başlayıb.
Minval.info xəbər verir ki, bu barədə “Report”a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Onun sözlərinə görə, Mərdəkanda yerləşən təlim-məşq bazasında məskunlaşacaq yığma hazırlıqlarını “Dalğa Arena”da keçəcək.
AFFA rəsmisi legionerlərin sabah komandaya qoşulacağını bildirib və heyətdə hansısa problemin olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan millisi İrlandiya ilə oktyabrın 9-da Bakıda, Serbiya ilə oktyabrın 12-də Belqradda üz-üzə gələcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
19.09.2026 - 14:29
Messi İspaniya klubunu almağa hazırlaşır
19.09.2026 - 10:59
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
18.09.2026 - 08:58
Messi MLS-də 100-cü qolunu vurdu!
17.09.2026 - 21:53
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
17.09.2026 - 12:54
Kiyevə hücum: Bir ölü, on bir yaralı
16.09.2026 - 20:12
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51