Azərbaycan məktəbliləri Serbiyada 20 medal qazanıb
Serbiyanın paytaxtı Belqradda Dünya Məktəblilərinin İdman Oyunlarına yekun vurulub.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, Azərbaycanın karate, cüdo və taekvondoçu məktəblilərinin ardınca, güləşçi yeniyetmələri də medallar qazanıb.
Sərbəst güləş yarışlarında məktəblilər 8 medal əldə edib. Onlardan Sadiq Hüseynov (44 kq) və Camal Abbasov (52 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
Elton Məmmədov (38 kq), Elgün Məmmədov (44 kq), Rəvan Rəhimli (48 kq) və İsmayıl Əsədli (85 kq) isə finaladək yüksəlməklə gümüş medala layiq görülüblər. Daha iki güləşçi – İsa Yusifov (44 kq) və Abdulla İbrahimov (75 kq) isə bürünc medalla kifayətlənib.
Beləliklə, Azərbaycan məktəbliləri yarışı 20 medalla başa vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?