Azərbaycan Kubokunun oyunu zamanı insident — İkinci yarımfinalçı bəlli oldu

Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin ikinci görüşündə “Sumqayıt” və “Neftçi” klubları arasında cavab qarşılaşması keçirilib.
Komandalar arasında ilk görüşdə “Sumqayıt” 2:0 hesabı ilə qalib gəldiyindən cavab görüşünün gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilirdi. “Kapital Bank Arena”da oynanılan cavab matçında ilk dəqiqələrdən irəli atılan “flaqman” rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, hesabı 43-cü dəqiqədə aça bilib. Künc ötürməsindən sonra rəqibin cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edən Namiq Ələsgərov qapını dəqiq nişan alıb – 0:1.
Fasilədən sonra paytaxt təmsilçisi təzyiqi artırsa da, hesab dəyişməyib.
Beləliklə, “Neftçi” komandası cavab qarşılaşmasında minimal hesabla qalib gəlməsinə baxmayaraq, iki oyunun yekununda 1:2 hesabı ilə məğlub olduğundan Azərbaycan kubokunun dörddəbir finalında mübarizəni dayandırıb. “Sumqayıt” klubu “Zirə”nin ardından yarımfinala yüksələn ikinci komanda olub.
Azərbaycan kubokunun dörddəbir final mərhələsinin dekabrın 20-də keçiriləcək digər iki oyununda “Sabah” ilə “Qəbələ” və “Keşlə” ilə “Qarabağ” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, “Sumqayıt” və “Neftçi” komandaları arasında keçirilən cavab görüşündə insident də baş verib.
Belə ki, hadisə oyunun 43-cü dəqiqəsində qonaqlar hesabı açdıqdan sonra yaşanıb. Meydan sahiblərinin azarkeş qrupu ilə yaxınlıqda əyləşən “Neftçi”nin bir neçə futbolçusu və texniki əməkdaşları arasında mübahisə düşüb. Nəticədə qonaq komandanın nümayəndələri həmin sektoru tərk etməli olublar. Onlar “Neftçi” azarkeşlərinin yer aldığı tribunaya yerləşdiriliblər. (“Report”)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DÇ-2018: İran - Mərakeş matçında çempionatın ilk avtoqolu atıldı - VİDEO
Suares: "Mesinin durumu məni pərişan edir"
"Mançester Yunayted" 17 yaşlı Əmir İbrahimovu transfer ETDİ
Komanda 8-0 məğlub oldu - Qapıçı meydanı tərk etdi - VİDEO
DÇ-2022-nin seçmə oyunu hərbi çevrilişə görə təxirə salınıb
Azərbaycan - Farer adaları: Heyətlər açıqlandı
"Mançester Siti" göndərmək istəyir, futbolçu getmir