Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.
Teleqraf.com-un məlumatına görə, bu, “Qarabağ” komandasıdır.
Evdə keçirdiyi 1/4 final mərhələsinin ilk oyununda “Keşlə”yə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi cavab qarşılaşmasında lazımı nəticəni təmin edib.
“ASK Arena”da baş tutan görüşdə hesabı meydan sahibləri açıb. “Keşlə”nin forvardı Amil Yunanov 29-cu dəqiqədə baxımlı qola imza atıb. Qonaqlar fasilədən sonra – 50-ci dəqiqədə Miçel Madeyranın dəqiq zərbəsi ilə tarazılığı bərpa ediblər. Bu, oyunda vurulan son qol olub – 1:1. Matçın 90-cı dəqiqəsində “Qarabağ”ın mərkəz müdafiəçisi Yakub Jezniçak ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub.
Beləliklə, “Qarabağ” yarımfinalda “Qəbələ”, “Zirə” isə “Sumqayıt”la qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları gələn il aprelin 23-də, cavab matçları isə mayın 1-də olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?