Azərbaycan idmançıları gələn həftə I MDB Oyunlarına yollanacaq

Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunacaq.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən “Minval.info”a verilən məlumata görə, Azərbaycan idmançıları badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks) (6) idman növlərində mübarizə aparacaq.
Nümayəndə heyətinin şef-demisionu olimpiya çempionu, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurovdur.
Kazana Azərbaycan nümayəndə heyəti əsasən, avqustun 30-dan etibarən yola düşəcək. İlk olaraq, boksçu və güləşçilərimiz səfərə çıxacaq. Digər növlər üzrə idmançılar sonrakı günlərdə Kazana yollanacaq. Komanda ölkəyə sentyabrın 13-də qayıdacaq.
Şef-demissionun müavini Aydın Məmmədov komandanın yerləşmə və digər məsələlərini yerində yoxlamaq üçün Kazana öncədən gedəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?