29.09.2021 - 14:34
İdman 1 baxış

Azərbaycan güləşçisi dünya çempionatının favoritləri siyahısına düşüb

Norveçin paytaxtı Osloda keçiriləcək güləş üzrə dünya çempionatı üçün Tokio-2020 Yay Olimpiya Oyunlarının 25 medalçısı sifariş olunub.

Dünya Güləş Birliyinin Mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, onların arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb.

Bu, 82 kq çəki dərəcəsində bürünc medal qazanmış yunan-Roma güləşçisi Rafiq Hüseynovdur. Həmin çəkidə digər medalçılar iştirak etməyəcəkləri üçün Hüseynov qarşılaşmalara favorit qismində çıxacaq.

Ümumilikdə sərbəst güləşdə 11 (2 qızıl, 3 gümüş və 6 bürünc), yunan-Roma güləşində 5 (1 qızıl, 1 gümüş və 3 bürünc), qadın güləşində 9 medalçı (1 qızıl, 3 gümüş və 5 bürünc) mundialda yer alacaq.

Qeyd edək ki, dünya çempionatı 2 – 10 oktyabrında keçiriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: