Azərbaycan dünyanın ən nüfuzlu ölkələri arasındakı mövqeyini qoruyub
Azərbaycan dünyanın ən nüfuzlu 50 ölkəsi sırasında yer alıb.
“Report” xəbər verir ki, bu barədə “U.S. News” nəşrinin “BAV Group” və Pensilvaniya Universitetinin “Wharton School” analitikləri tərəfindən hazırlanan məlumatında deyilir.
Azərbaycan bu reytinqdə ötən illə müqayisədə mövqeyini dəyişməyərək 45-ci yeri tutub.
Reytinqə ABŞ başçılıq edir, Rusiya ikinci, Çin üçüncüdür. “TOP-5″də həmçinin Almaniya və Böyük Britaniya da var.
Sıralamada İran 13-cü, Türkiyə isə 16-cı yerdədir.
Qeyd edək ki, reytinqdə Gürcüstan və Ermənistan yer almayıb.
Reytinq tərtib edərkən bir sıra amillər – iqtisadiyyat, hərbi güc, siyasi təsir, dünya liderliyi, habelə beynəlxalq alyanslara üzvlük və iştirak nəzərə alınıb.
Sıyahıda ümumilikdə dünyanın 80 ölkəsi yer alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?