Azərbaycan çempionuna hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Murad Qocayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Minval.info ölkə.az-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə ötən ilin aprelin ayında Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü M.Qocayev mübahisə zəminində qonşusu Hikmət Əhmədova 8 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisədən sonra M.Qocayev hərbi xidmətə yollanıb və N saylı hərbi hissədə həbs edilib və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, M.Qocayev kikboksinq idman növü ilə məşğul olub, bir neçə il bundan əvvəl Azərbaycan çempionu adını qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Britaniya səfiri: Bakıya əhsən!
Tağı Əhmədovun vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi
Srağagün 230, dünən 257... - Qaydalara əməl etməsək hər gün artacaq
Sabahın HAVASI
Sabahdan Novruz tətili başlayır - Neçə gün istirahət edəcəyik?
Tahir Budaqov: "Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlayacaq"