Pentaqondan NATO ölkələrinə gözlənilməz çağırış: Rusiyaya qarşı bunu edin
ABŞ Müdafiə Nazirliyi, bəzi NATO ölkələrindən Rusiyaya qarşı sərt ritorikanı yumşaltmağı tələb edib.
Publika.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər yayıb.
Bildirilib ki, Pentaqonun bu çağırışı Litva, Latviya və Estoniya kimi ölkələrə ünvanlanıb. Bu dövlətlərdən ictimai bəyanatlarında daha təmkinli davranmaları xahiş edilib. Bu mesajların ikitərəfli görüşlər zamanı çatdırıldığı qeyd olunur. Digər Avropa hökumətlərinin belə müraciətlər alıb-almadığı isə hələlik məlum deyil.
Pentaqonun bu mövqeyi, NATO üzvlərinin Rusiyaya qarşı sərt bəyanatlarının Avropa qitəsinin təhlükəsizliyinə zərər verə biləcəyi ilə əsaslandırılır.
Məsələ ilə bağlı açıqlama verən Pentaqon nümayəndəsi, bunların müttəfiqlər arasında keçirilən qapalı müzakirələr olduğunu bildirib və qurum həmin bəyanatları şərh etməyəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şimali Koreya raketlər ataraq Cənubi Koreyanı xəbərdar edib
Fransada kütləvi etirazlara hazırlıq: 70 min polis küçələrə çıxarılacaq
Fransada Sarı Yeleklilərin etirazları öncəsi gərginlik artır
İsraildə seçki çıxmazı: yeni hökumət necə formalaşa bilər
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər