Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Abşeron rayonunun Nübar qəsəbəsi yollarının bərbad vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olub. Bu vəziyyət, xüsusilə taksilərin və digər nəqliyyat vasitələrinin əraziyə girişini çətinləşdirir.
Minval.info xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülər qəsəbənin yollarının acınacaqlı vəziyyətini əks etdirir. Sakinlər bildirirlər ki, bir çox küçədə asfalt örtüyü yoxdur və yağışlı havalarda yollar tamamilə palçığa dönür. Bu durum piyadaların və avtomobillərin hərəkətini əngəlləyir.
Taksi və təcili tibbi yardım maşınları üçün əraziyə girmək böyük problemə çevrilib. Çala-çuxurlu yollar şəxsi avtomobillərə də ciddi zərər vurur. Sakinlər bu vəziyyətdən şikayət edərək, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin heç bir nəticənin olmadığını bildirirlər.
Onlar heç olmasa yolların xırda daşlarla bərkidilməsini tələb edirlər, lakin hələ də bu məsələdə irəliləyiş yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur
Kəlbəcərdə 33 ildən sonra pedaqoji fəaliyyətə qayıdan müəllim
İMZA İctimai Birliyi növbəti iclasını keçirdi
Senegalın Dakar şəhərində icma məktəbi təmizləmək üçün birləşdi
Bakıda birdən-birə “manatlıq”lar yoxa çıxdı