Aytən Səfərovaya qarşı dələduzluq: "Özünü həyat yoldaşım kimi təqdim edib rüşvət alır"
Aparıcı Aytən Səfərovaya qarşı dələduzluq edilib.
Bu haqda o, Axşam.az-a açıqlamasında deyib. Aparıcı bildirib ki, Cəfər adlı bir şəxs özünü onun həyat yoldaşı kimi təqdim edərək, rüşvət alır:
“Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin baş həkimi mənə zəng edib ki, 40-45 yaş arası bir kişi özünü mənim həyat yoldaşım və TƏBİB-in nümayəndəsi kimi təqdim edir. Onlara qəbzlər verir, pul ödəmələrini tələb edir. Baş həkimlərdən 70-500-1000 manat alır. Eyni zamanda özünü “Xəzər TV”nin əməkdaşı kimi də təqdim edir. Deyir ki, nə probleminiz varsa, Operativ Qərargaha deyin, guya orada çalışır.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Hazırda bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəm. Bu adda tanışım yoxdur. Heç kəsə ixtiyar verilmir ki, dələduzluqla məşğul olsun və tanınmış jurnalistin adından istifadə etsin. Onlara telefon nömrəsi də verib. Amma hazırda həmin nömrəyə zəng edirik, bağlıdır”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı