Aynurun ailəsi üçün ikinci faciə: Qəza bu dəfə anasını aldı
Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində, Hacıqabulun Pirsaat kəndində baş verən ağır yol qəzası ilə bağlı yeni detallar məlum olub.
Minval.info xəbər verir ki, qəza nəticəsində “KamAZ” markalı yük maşınına çırpılan “BYD” markalı minik avtomobilinin sürücüsü Namiq Əmirxanovun ailəsi üç il əvvəl də faciə yaşamışdı. Onun qızı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi olan 20 yaşlı Aynur Əmirxanlı, 2023-cü ilin noyabrında yaşadığı evdə dəm qazından boğularaq həyatını itirmişdi.
Bu dəfə isə Aynurun valideynləri Hacıqabul ərazisində baş verən qəzada iştirak edib. Nəticədə, 1979-cu il təvəllüdlü anası Svetlana Ocaqverdi qızı İbadova hadisə yerində dünyasını dəyişib. Hadisə ilə əlaqədar cinayət işi açılıb və araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş