Ayının qəfil hücumu: Bacı-qardaşın həyatına son qoyan dəhşət anları
Hindistanın Çhattisqar ştatında baş verən faciəvi hadisə nəticəsində bir ayının hücumu iki bacı-qardaşın həyatına son qoyub, digər bir şəxs isə ciddi yaralanıb.
Minval.info xəbər verir ki, bu dəhşətli olay Kanker rayonunun Narharpur meşəsi yaxınlığında yerləşən kənddə baş verib. Bacı-qardaş tarlada işləyərkən ayının qəfil hücumuna məruz qalıb və hadisə yerində həyatlarını itiriblər. Onlara kömək etmək istəyən şəxs isə ağır yaralanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, ayı uzun müddət ərzində cəsədlərin yanında qalıb, bu da xilasedicilərin müdaxiləsini çətinləşdirib. Hadisə yerində çəkilən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və yerli sakinlərə yalnız zəruri hallarda evlərindən çıxmaları tövsiyə olunub. Meşə xidməti əməkdaşları ayının zərərsizləşdirilməsi və ərazidə təhlükəsizliyin təmin edilməsi üçün əməliyyatlara başlayıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş