Ayaz Salayevdən qəribə açıqlama: "Kişilər qadınlaşır, bununla barışmalıyıq" - VİDEO
Kinorejissor Ayaz Salayev “Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində maraqlı açıqlamaları ilə yadda qalıb.
Minval.info xəbər verir ki, proqrama dəvət alan qonaqlar arasında bu dəfə “çərçivə”, yəni müəyyən qadağalar mövzusu ətrafında müzakirələr aparılıb.
Ayaz Salayev çıxış edərkən bildirib ki, müəyyən ixtiralardan sonra kişinin fiziki gücə ehtiyacı yoxdur:
“Məsələn, orta əsrlər dövrünə aid kəndi gözümüzün qabağına gətirək. Həmin zamanlarda qadın kişidən küsüb ata evinə qayıda bilməzdi. Həmçinin onu qəbul etməzdilər. Çünki “köçürmək” anlayışı var – Köçürtdüm ki, qız uşağı mənə onsuz da yardım olmur. Yemək və ölməmək üçün fiziki güc tələb olunur. Qadında bu yoxdur, kişidə isə əksinə. İndi isə fiziki gücə ehtiyac qalmayıb. Yeni ixtiralar nəticəsində, kişinin üstünlüyü aradan gedib”.
Kinorejissor qeyd edib ki, bu amillər kişilərdə müəyyən fizioloji dəyişiklərə gətirib çıxarır: “Kişilərdə testestoron hormonu azalmağa başlayır. Nəticədə qadınlaşma prosesi gedir. Bundan sonra yeni cins formalaşır. Biz isə artıq bununla barışmalıyıq. Ayrı yol yoxdur”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”
"Hikmət Rəhimov, haqqımı ver!" - "Apatiya 2"nin çəkilişlərində qalmaqal