Ayaz Quliyev Rusiya Premyer Liqaqsında ən yaxşı seçildi
Rusiya Premyer Liqasında 12-ci turdan sonra futbolçuların reytinqi açıqlanıb.
Minval.info komanda.az-a istinadən xəbər verir ki, 12-ci turda ən yaxşı futbolçu “Rostov”un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev seçilib. O, 361 bal toplayıb. Ayaz “Anji” ilə oyunda komandasının qələbəsinə böyük töhfə verib.
İlk “üçlük”də “Lokomotiv”in hücumçusu Entonio Eder (357) və “Dinamo”nun müdafiəçisi Sebastyan Holmen (341) də qərarlaşıb.
12 turdan sonra ümumi sıralamada isə ÇSKA-nın yarımmüdafiəçisi Nikola Vlaşiç liderlik edir – 311 bal. “Lokomotiv”in futbolçusu Manuel Fernandes 2-ci (297), “Zenit”in üzvü Lenadro Paredes isə 3-cü (295) yerdədir.
“Rostov” 12 turdan sonra 21 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
