12.12.2019 - 14:29
Ölkə 1 baxış

Avtomobilində qaçaq yolla araq və PS4 keçirmək istəyən şəxs yaxalandı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Lincoln Mercury” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və risk profillərinin qiymətləndirilməsinə əsasən “Qırmızı kanal”a yönləndirilib.

DGK-dan Yeniavaz.com-a verilən məlumata görə, o, şifahi sorğu-sual zamanı idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Nəqliyyat vasitəsinin yoxlanması zamanı baqaj hissəsində – döşəmə ilə benzin çəninin arasındakı boşluqda gömrük nəzarətindən gizlədilən hər biri 1 litrlik şüşə qablaşdırmada üzərində “Nemiroff Original” yazılan 16 ədəd spirtli içki və 3 qutu “Sony PS4” oyun konsolu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: