Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın “Neftçi”yə keçidi baş tutmayıb.
Bu barədə “MİNVAL.İNFO”a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıda yaşaya bilməyəcəyini əsas gətirərək, “ağ-qaralar”a keçməkdən imtina edib: “Şəhərlə, bazamızla tanış olduqdan sonra dedi ki, müqavilə şərtləri ilə bağlı heç bir problem yoxdur, sadəcə, burada yaşamaq mənim üçün çətin olar. Şəraiti bəyənmədiyi üçün müqavilə bağlamadı”.
Qeyd edək ki, Nikita Rukavitsanın son klubu İsrailin “Makkabi” (Hayfa) komandası olub. Hazırda azad agent olan forvard ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub. Forvard daha əvvəl Niderlandda “Tvente”, Almaniyada “Herta”, “Maynts” və “Frankfurt”un da şərəfini qoruyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Güləşçimiz Avropa çempionatında ermənini məğlub etdi - Foto
Qocanı vurduğuna görə həmyerlisi Konoru döyüşə çağırdı – Video
"Çelsi" - "Arsenal" matçını canlı yayımlayacaq kanallar - SİYAHI
1xBet in yeni “Qolsuz futbol” aksiyasında iştirak edin!
"Qarabağ" ikinci transferini açıqladı: milli üzvü gəldi - RƏSMİ
Qrizmann zəif çıxışının səbəblərini açıqladı
"Qarabağ" "Yuventus"u ələ saldı (FOTO)