Avropada yeniyetmələrə sosial şəbəkə məhdudiyyəti!
Avropa Komissiyası, 13 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən və 13-15 yaşlı yeniyetmələrin girişini məhdudlaşdıran yeni “Uşaqlar haqqında qanun”u təklif edib. Bu qanun layihəsi, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən təqdim olunub.
Minval.info xəbər verir ki, bu qanun çərçivəsində hər yaş qrupuna uyğun fərdi müdafiə səviyyələri müəyyən ediləcək. 13 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə tam qadağa tətbiq olunacaq, 13-15 yaş arası yeniyetmələr isə yalnız valideynlər və ya qəyyumlar tərəfindən idarə olunan, məhdud funksiyalara malik mini-hesablardan istifadə edə biləcəklər. Bu hesablar gündə maksimum bir saat istifadə edilə biləcək. 15-18 yaş arası yeniyetmələr üçün isə platformaların təhlükəsiz dizaynı məcburi olacaq.
Fon der Lyayen, həmçinin 18 yaşdan kiçik uşaqlara xidmət göstərən onlayn oyunlar, video xidmətlər, süni intellekt çat-botları və sosial platformalar üçün bir sıra öhdəliklərin tətbiq olunmasını təklif edib. Bu tədbirlər “Facebook”, “Instagram” və “YouTube” kimi platformalara da şamil ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi