Avropada iqlim dəyişikliyi: Anormal istilər və insan sağlamlığına təsiri
İqlim dəyişikliyi qlobal miqyasda insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına əsasən, 2030-2050-ci illər arasında bu dəyişikliklər hər il təxminən 250 min əlavə ölümə səbəb ola bilər.
Minval.info xəbər verir ki, Avropada iyun ayında qeydə alınan anormal istilər bu təhlükənin nə qədər ciddi olduğunu göstərir. İyun ayının 20-dən 28-dək Fransa, Belçika və Niderlandda baş verən isti hava dalğası nəticəsində ən azı 3,700 əlavə ölüm hadisəsi qeydə alınıb.
Yüksək temperatur xüsusilə yaşlılar, uşaqlar, hamilə qadınlar, xroniki xəstəlikləri olanlar və açıq havada çalışanlar üçün ciddi təhlükə yaradır. İsti hava şəraiti ürək-damar və tənəffüs problemlərinin, susuzlaşmanın və digər sağlamlıq risklərinin artmasına səbəb ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, iqlim dəyişikliyi yalnız temperatur artımı ilə məhdudlaşmır. Meşə yanğınlarının tüstüsü, hava çirkliliyi, su və ərzaq təhlükəsizliyi də insan sağlamlığına mənfi təsir göstərir.
Azərbaycanda da isti hava dalğalarının artdığı müşahidə edilir. 2025-ci ildə ölkənin bir çox bölgələrində isti hava dalğalarının sayı uzunmüddətli normadan yüksək olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş