Avropa nəhəngi Türkiyə millisinin üzvünü transfer edir - 50 milyon avroya...
“Lill”də sərgilədiyi performansla diqqətləri üzərinə çəkən Yusuf Yazıcı “Milan”a transfer olunur.
Fanat.Az xəbər verir ki, İtaliya klubu türk futbolçunun transferi üçün apardığı danışıqları yekunlaşdırır. İddiaya görə, “Milan” 24 yaşlı yarımmüdafiəçi üçün “Lill”ə 50 milyon avro ödəyəcək.
Bu transferdən “Trabzonspor” da pul qazanacaq. Belə ki, Yusuf Yazıcı 2019-cu ildə Türkiyə klubundan “Lill”ə 17,5 milyon avroya transfer olunub. Anlaşmaya əsasən, “Trabzonspor”a transferdən qalan xeyirin (32,5 milyon avro) 20 faizi çatacaq. Bu isə Qara dəniz klubunun 6,5 milyon avro qazanması deməedi.
Qeyd edək ki, Yusuf Yazıcı bu mövsüm oynadığı 39 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın daha bir paralimpiyaçısı qış idman növləri üzrə medal qazanıb
“Qəbələ” bu qollarla qalib gəldi - Video
"Real"dan 3 transfer bombası: 320 milyon avro...
“Barselona” futbolçularını neçəyə satır – Qiymətlər
"Sabah"dan 40-cı məğlubiyyət, "Qəbələ" rekordunu təkrarlayıb