Avropa Liqasının qalibi müəyyənləşdi - Fotolar
Bu gün futbol üzrə Avropa Liqasında 2020/21 mövsümünün final oyunu keçirilib.
“Minval.info” xəbər verir ki, həlledici oyunda İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” komandaları üz-üzə gəlib.
Polşanın Qdansk şəhərində keçirilən qarşılaşmanın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılsa da, hesab olduğu kimi qalıb. Nəticədə qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan İspaniya təmsilçisi rəqibini 11:10 hesabı ilə məğlub edərək Avroliqanın qalibi olub.
Avropa Liqası
Final
26 may
23:00 Vilyarreal (İspaniya) – Mançester Yunayted (İngiltərə) – 1:1 (Penaltilər – 11:10)
Qollar: G.Moreno, 29 – Kavani, 55
Baş hakim: Kleman Tyürpen (Fransa)








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
Trampın İnfantino ilə bağlı başqa planı varmış
"Real Madrid" daha bir dünya çempionunu transfer edir
“Azərlotereya” çempion axtarır!
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb