Avropa çempionunu öldürən müəllimə 10 il cəza tələbi
Şamaxıda qətl törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 29 yaşlı Orxan Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında qeyd edib ki, istintaq zamanı qətl hadisəsinin mərhumun qanunsuz hərəkətləri nəticəsində törədildiyi məlum olub.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Prokuror həmçinin mərhumun hüquqi varisi Orxan Hacıyevi bağışladığını qeyd edib. Bunları nəzərə alaraq prokuror Orxan Hacıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Orxan Hacıyevin vəkili prokurorun ağır cəza istədiyini qeyd edib və müdafiə çıxışı üçün vaxt istəyib.
Xatırladaq ki, Şamaxı rayonunda “Yeddi Gümbəz” qəbiristanlığında şəhər sakini 29 yaşlı Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi 25 yaşlı Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq zərbəsi alan Ruslan Surxayev hadisə yerində ölüb.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş

Ruslan Surxayev
Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyirmiş.

Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub. O, son zamanlar idmanla məşğul olmayıb və kriminal aləmə yaxınlığı ilə diqqət çəkib.
Orxan Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
![]()
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək