Avropa çempionlarımız vətənə qayıtdı

Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində böyük uğura imza atan Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası vətənə dönüb.
Cüdo Federasiyasından Minval.info-ya verilən məlumata görə Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı qurumun əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.
Xatırladaq ki, mötəbər yarışda Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Təmsilçilərimizdən Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Yalnız həlledici final görüşündə məğlub olan Aydın Rzayev (60 kq) gümüş medala layiq görülüb. Digər cüdoçularımız – Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) isə nüfuzlu yarışı bürünc medalla başa vurublar.
Azərbaycanın yeniyetmələrdən ibarət millisi ümümi komanda hesabında Rusiya yığmasından sonra 2-ci yeri tutub. Cüdoçularımız İsrail, Fransa, Almaniya, Ukrayna, Gürcüstan, Belçika, İsveçrə və İtaliya kimi böyük cüdo ənənələri olan ölkələri qabaqlayıblar.
37 ölkənin komandalarının mübarizə apardığı qitə birinciliyinə milli komandamız 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə qatılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhriyar Məmmədyarov: "Geridönüş edəcəyimə ümidvaram"
UEFA-dan fransız klubuna cəza
Azərbaycan gimnastları Avropa çempionatında altıncı olub
Yeni nazir kimdir?
DÇ 2018: Portuqaliya - Mərakeş qarşılaşması - CANLI YAYIM
Pele Ronaldunun "Mançester Yunayted"ə qayıdışına münasibət bildirib