Avropa çempionatı: üç şahmatçımız liderdir

Müxtəlif yaş qrupları üzrə keçirilən onlayn Avropa çempionatında 6-cı tura yekun vurulub.
Minval.info xəbər verir ki, 18 yaşlı şahmatçıların yarışında Uğur İlyaslı (oğlanlar), 16 yaşlıların turnirində Ayan Allahverdiyeva (qızlar), 10 yaşlılarda isə Səadət Bəşirli (qızlar) 5,5 xalla birinci pillədə qərarlaşıblar.
Digər şahmatçılarımızdan Mələk İsmayıl (18 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar), Cahandar Azadəliyev (12 yaş, oğlanlar) isə 4,5 xalla ön sıralarda yer alıblar.
Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?