Avroliqa: "Qalatasaray" portuqaliyalılara, "Fənər" ruslara rəqib oldu
Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
Minval.info xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Püşkatamada 32 komanda iştirak edib və 16 cütlüyə bölünüb. Qrup mərhələsində ilk iki yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrup üçüncüləri rəqiblərini tanıyıb.
Türkiyənin “Qalatasaray” klubu Portuqaliya “Benfika”sına rəqib olub. “Fənərbaxça” Rusiyanın “Zenit” klubu ilə qarşılaşacaq.
“Qarabağ”la eyni qrupda yer alan “Arsenal” Belarus BATE-sinə, “Sportinq” İspaniyanın “Vilyarreal” klubuna rəqib olub.
1/16 final mərhələsinin oyunları 2019-cu ildə keçiriləcək. İlk matçlar fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də baş tutacaq.
Avropa Liqası
1/16 final
Viktoriya (Çexiya) – Dinamo (Zaqreb, Xorvatiya)
Brügge (Belçika) – Zalsburq (Avstriya)
Rapid (Avstriya) – İnter (İtaliya)
Slaviya (Çexiya) – Genk (Belçika)
Krasnodar (Rusiya) – Bayer (Almaniya)
Sürix (İsveçrə) – Napoli (İtaliya)
Malmö (İsveç) – Çelsi (İngiltərə)
Şaktyor (Ukrayna) – Ayntraxt (Almaniya)
Seltik (Şotlandiya) – Valensiya (İspaniya)
Renn (Fransa) – Betis (İspaniya)
Olimpiakos (Yunanıstan) – Dinamo (Kiyev, Ukrayna)
Latsio (İtaliya) – Sevilya (İspaniya)
Fənərbaxça (Türkiyə) – Zenit (Rusiya)
Sportinq (Portuqaliya) – Vilyarreal (İspaniya)
BATE (Belarus) – Arsenal (İngiltərə)
Qalatasaray (Türkiyə) – Benfika (Portuqaliya)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
