AVRO-2020: Ən çox qolu Ronaldo vurub, ən çoxu qolu Uğurcan çıxarıb...
“Avro-2020”nin qrup mərhələsinin ən yaxşı göstəricilərinə malik futbolçuların adları bəlli olub.
Qol.az UEFA-nın hazırladığı statistik hesabata istinadən xəbər verir ki, ən çox qolu Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo vurub. O, 5 dəfə rəqib qapılarına yol tapıb.
Ən çox qol ötürməsi verən futbolçular Danimarka millisindən Pyer-Emil Xeybyerq və İsveçrə millisindən Stiven Suberdir – hərəyə 3 dəfə.
Ən çox maksimal sürəti olan futbolçular (33.8) İtaliya millisindən Leonardo Spinatsiola və Macarıstandan Loik Neqodur.
Rusiya millisinin oyunçusu Aleksandr Qolovin qrup mərhələsinin ən çox məsafə qət edən futbolçusu olub – 36.0 km.
Kriştiano Ronaldo, Patrik Şik (Çexiya) və Alvaro Morato (İspaniya) zərbələri qapı çərçivəsinə ən çox gedən futbolçulardır (hərəyə 6 dəfə).
Ən çox dəqiq ötürmə edən futbolçu İngiltərə millisindən Ris Ceymsdir (99 faiz – 84 dəqiq ötürmə).
Rəqibdən topu ən çox alan futbolçular sırasına Macarıstan millisindən Ottilo Fiolo, Endre Botko və Avtriya millisindən Ştefan Layner (hərəyə 11 dəfə) başçılıq edir.
Türkiyə millisinin oyunçusu Uğurcan Çakır isə ən çox seyv edən (18 dəfə) qapıçı olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo evini qeyri-adi səbəbə görə dəyişdi - Foto
“Portu” klubunda İker Kasilyasa vəzifə verilib
Çempionlar Liqası: "Real Madrid" "İnter"lə, "Bavariya" "Lokomotiv"lə üz-üzə
Neymar ağır zədə aldı
1xBet apk yükləyin və «West Ham» oyunlarına qazanclı mərclər edin
Tahir Gözəl: "Qarabağ" möhtəşəm oynamalıdır"