Avqustun sürprizi: Yay istiləri yerini sərin gecələrə verəcək
Azərbaycanda son günlərdə müşahidə olunan isti hava şəraitinin nə zaman dəyişəcəyi ilə bağlı maraq artmaqdadır. Mütəxəssislər yaxın günlərdə havanın dəyişəcəyini proqnozlaşdırırlar.
Minval.info xəbər verir ki, AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev, xalq arasında ‘yayın yarısı’ adlanan dövrün yaxınlaşdığını qeyd edib. Onun sözlərinə görə, avqustun 5-6-sı və 6-7-si tarixləri arasında gecələr sərinləşəcək və şeh düşəcək. Bu dövrdə insanlar gecələr daha rahat yatacaq və gündüzlər özlərini daha enerjili hiss edəcəklər.
Ənvər Əliyev, hazırkı kəskin istilərin uzun sürməyəcəyini və bir neçə gün ərzində havanın tədricən sərinləyəcəyini bildirib. Yayın yarısından sonra payıza doğru keçid başlayacaq və istilər azalacaq.
ƏLAQƏLİ
Bakı metrosunda yeni dövr: 'Nizami' və '28 May' arası avtobuslar ödənişli olacaq!
Əliyev, iqlim dəyişikliyi ilə bağlı müzakirələrə də toxunaraq, mövcud hava hadisələrinin iqlim dəyişikliyindən deyil, təbiətin təkrarlanan hadisələrindən qaynaqlandığını vurğulayıb. O, keçmişdə də oxşar hava şəraitlərinin yaşandığını və bunun təbii bir dövr olduğunu qeyd edib.
Sonda, Ənvər Əliyev vətəndaşlara narahat olmamağı və hər şeyin yaxşı olacağını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mingəçevirdə faciə: 14 yaşlı yeniyetmə kanalda çimərkən yoxa çıxdı
Bakı və bölgələrdə apteklərdə aşkarlanan nöqsanlar: Hansı qanun pozulub?
Şəhid elçin kərimbəyli: Qəhrəmanlıqla dolu qısa bir ömürün izləri