Atatürkü təhqir edən qız məhkəmədə də bu əməlini davam etdirib

Məhkəmədə Safiyə İnci yenidən təhqir xarakterli sözlər işlədib
Anıtkabirdə Mustafa Kamal Atatürkü təhqir edərək video çəkib paylayan Safiyə İnci barədə məhkəmə davam edir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə araşdırmanın davam etdirilməsinə qərar verib.
Safiyə İnci isə elədiyi hərəkətə görə çox utandığını desə də, əslində Atatürkü növbəti dəfə təhqir etməkdən də çəkinməyib.
“Çox israr etdikləri üçün gəlmişəm. Atatürkü heç sevmirəm. Türkiyəni də Atatürk xilas etməyib” — deyən Safiyə İnci məhkəmədə də Atatürkün ünvanına yenidən təhqir xarakterli ifadələr işlədib.
Qeyd edək ki, Safiyə İnci Atatürkü təhqir etdiyi üçün həbs edilib və hal-hazırda məhkəmə prosesi gedir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səudiyyə Ərəbistanında dörd şəhərdə fövqəladə vəziyyət!
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!