12.08.2026 - 22:41
Kriminal 22 baxış

Atasını qətlə yetirən Gəncə prokuror 10 il tələb etdi: Müdafiə nə deyəcək?

Bakıda atasını öldürməkdə ittiham olunan Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb. Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun rəhbərliyi ilə keçirilib.

Minval.info xəbər verir ki, iclasda sənədlərin tədqiqi mərhələsi tamamlandıqdan sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prokuror, dövlət ittihamını müdafiə edərək, zərərçəkənin hüquqi varisinin şikayətçi olmadığını nəzərə alaraq, Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə tərəfinin çıxışları üçün növbəti məhkəmə iclası sentyabrın 2-nə təyin edilib. Hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsində, “Gülçülük Sovxozu” ərazisində baş verib. 1981-ci il təvəllüdlü İftixar Vəlizadə öz mənzilində qətlə yetirilib. İlkin araşdırmalar nəticəsində onun oğlu, 2006-cı il təvəllüdlü Ayxan Vəlizadənin kəsici alətlə atasını öldürdüyü müəyyən edilib və ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: