11.09.2026 - 10:43
Kriminal 20 baxış

Arzunun dəhşətli qətli: Prokurorluq ömürlük həbs istəyir

Türkiyənin Bursa şəhərində 20 yaşlı Arzu Xəlilovanın qətli ilə bağlı məhkəmə prosesi davam edir. Azərbaycan vətəndaşı Salıcan Mehmet, həyat yoldaşı Arzu Xəlilovanı 146 qayçı zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur. Hadisə 2025-ci il noyabrın 3-də Yıldırım rayonunun Deyirmenlikızık məhəlləsində baş verib.

Minval.info xəbər verir ki, prokurorluq Salıcan Mehmet üçün ömürlük azadlıqdan məhrumetmə cəzası tələb edir. Ekspertizanın rəyinə əsasən, vurulan zərbələrdən 72-si ölümcül olub. Təqsirləndirilən şəxs daha əvvəl səkkiz dəfə məhkum olunub.

Məhkəmənin ilk iclasında Arzunun anası Zülfiyyə Xəlilova, iki nəvəsinin xətrinə kürəkənindən şikayətçi olmadığını bildirmişdi. Lakin ikinci iclasda o, artıq şikayətçi olduğunu və kürəkəninə ən ağır cəzanın verilməsini istədiyini bildirib. Bursa 19-cu Ağır Cəza Məhkəməsi, təqsirləndirilən şəxsin psixi sağlamlığının müəyyən edilməsi üçün İstanbul Məhkəmə Tibb Ekspertizasına sorğu göndərib və onun həbsdə qalmasına qərar verib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: