Arvadını xüsusi amansızlıqla, azyaşlı övladının gözü qarşısında 30 bıçaq zərbəsi ilə öldürməkdə ittiham edilən Rafiq Hüseynov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə davam etdirilir.

Hadisə Abşeron rayonunun Digah qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızı əri – 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlu tərəfindən qətlə yetirilib.

R.Hüseynova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Ali Məhkəmə 5 nəfərin ölümündə ittiham olunan sürücü ilə bağlı qərar verdi

İttihama görə, R.Hüseynov arvadının başqa kişilərlə münasibətindən şübhələnib və ondan mobil telefonundakı nömrələri soruşub.

Mübahisə zamanı R.Hüseynov mətbəxdən götürdüyü bıçaqla arvadının qarın nahiyəsinə bir neçə zərbə vurub. Arvadı yerə yıxılan zaman daha bir neçə zərbə endirib. Arvadının öldüyünü düşünərək ayağa qalxan Rafiq Hüseynov Sanara Əyyubovanın da ayağa qalxdığını görüb. Bu zaman onun azyaşlı oğlu otağa gələrək onlara baxıb.

Rafiq Hüseynov oğlunun gözü qarşısında arvadının boğaz və sinə nahiyələrinə zərbələr endirməyə davam edib. Çoxsaylı zərbələrdən sonra Sanara Əyyubova çarpayıya yıxılıb və dünyasını dəyişib. Sanara Əyyubovaya ümumilikdə 30 bıçaq zərbəsi dəyib.

Daha bir sabiq nazir həbs edildi

Sonuncu məhkəmə iclasında təqsirləndirilən Rafiq Hüseynov məhkəmədə ifadə verib.

O, istintaqdakı ifadəsini təsdiq etmədiyini deyib. İddia edib ki, psixoloji təzyiqlərə məruz qalıb.

Hakim ona sərbəst ifadə verməyi təklif edib.

R.Hüseynov deyib ki, xanımına Kərbəlayi ziyarətindən sonra zəng gəlib.

“Mən soruşdum ki, kimdir? Dedi ki, rəfiqəmdir. Mənim yanımda danışmadığı üçün şübhələndim. Arxasınca otağa gedəndə gördüm ki, kişi səsidir. Bir müddət dəqiqləşdirmək istədim. Nömrəni götürüb zəng elədim, amma həmin şəxs açmadı. Sonra yenə zəng gələndə soruşdum ki, o kişi kimdir? Dedi ki, dindar bir şəxsdir və dini məsələlərə bağlı sual verir. Dedim ki, mədrəsə var, başqa xanımlar var, onlardan soruş. Bir müddət də keçdi. Amma mənim şübhələrim qalırdı”.

Polisə müqavimət göstərməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahid ifadə verib | Report.az

İfadə verən zaman nitqində fasilələr yaranan Rafiq Hüseynov həyəcanlı olduğunu deyib.

Hakim Cavid Hüseynov Rafiq Hüseynova xəbərdarlıq edib ki, həqiqətləri danışsın və bu zaman onun həyəcanı keçəcək.

Məhkəməyə sədrlik edən hakim Rafiq Hüseynovdan hadisə günü baş verənləri danışmasını istəyib.

Rafiq Hüseynov hadisə günü baş verənləri danışarkən bunları əlavə edib: “Oğlum xəstə idi. Dedim həkim tapım. Mənə dedi ki, sənin tapdığın həkim nə olacaq? Söz mənə pis təsir elədi. Ondan mənim nömrəmi “bloka” salmasının səbəbini soruşdum. Əsəbiləşib dedim ki, başqa kişi zəng edir, amma mən zəng edə bilmirəm. Mənə cavab verdi ki, əcəb edirəm. Mən də bu sözdən əsəbləşdim”.

Rafiq Hüseynov arvadını öldürmək niyyətinin olmadığını, qorxutmaq üçün vurduğunu deyib.

Prokuror Rafiq Hüseynovdan arvadına neçə bıçaq zərbəsi vurduğunu soruşub. Rafiq Hüseynov bir zərbə endirdikdən sonrasını xatırlamadığını deyib. Amma əlavə edib ki, ümumi 3 bıçaq zərbəsi vurmasını sonradan xatırlayıb.

Amma prokuror xatırladıb ki, mərhum arvadına 30 bıçaq zərbəsi endirib.

Qohumu olan 50 yaşlı qadını bıçaqlayıb öldürdü » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Rafiq Hüseynov hadisə zamanı təzyiqinin olduğunu, baş verənləri xatırlamadığını deyib.

Prokuror ondan soruşub ki, təzyiqi olanda səhhətində əlavə hansı problemlər yaranır?

Rafiq Hüseynov yeriyə bilmədiyini, özünü itirdiyini, özünü idarə edə bilmədiyini deyib.

Sualların davamı Rafiq Hüseynovun arvadını xüsusi amansızlıqla övladının gözü qarşısında öldürməsi ilə bağlı olub. Rafiq Hüseynov hadisə zamanı oğlunun başqa otaqda olduğunu deyib.

Məlum olub ki, Rafiq Hüseynov arvadını öldürən zaman otağın qapısını arxadan bağlayıb. Onun azyaşlı oğlu səsə gələrək anasına kömək etmək istəyib. Qapı bağlı olub. Uşaq şüşənin sındıraraq atasına baxıb. Otağa daxil olmağa imkan tapmayan uşaq küçəyə qaçaraq kömək çağırıb.

Hakimin sualları zamanı məlum olub ki, Rafiq Hüseynov arvadını qonşuları olan alman dili müəllimi Nüsrət adlı şəxsə qısqandığı üçün öldürüb.

Rafiq Hüseynov bunu etiraf edib. Bildirib ki, hadisədən bir neçə gün əvvəl də yoldaşını Nüsrətlə birlikdə parkda görüb.

Məhkəmə araşdırması davam edir.