“Arsenal”ın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Rob Holdinq Premyer Liqanın 15-ci turu çərçivəsində “Mançester Yunated” klubuna qarşı keçirilən oyunda zədələnib.
Oxu.Az xəbər verir ki, mərkəz müdafiəçisi bu il keçiriləcək bütün oyunları, o cümlədən dekabrın 13-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşmanı buraxmalı olacaq.
London klubunun baş məşqçisi Unai Emerinin sözlərinə görə, o, ağır zədədən yenicə qayıtmış Loran Koselni ilə əvəzlənəcək.
“Loran oynamağa çox yaxındır. O, U-23-ün heyətində bir neçə oyun keçirib. Onun həftəsonu meydana çıxıb-çıxmağayacağını bilmirəm. Biz çox ümid edirik ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşmada meydanda olacaq”, – U.Emeri bildirib.
Qeyd edək ki, dünənki görüşdə “Arsenal”ın uelsli mərkəz yarımmüdafiəçisi Aaron Remzi də zədələnib və fasilədə əvəzlənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?