“Arsenal”dan “Qarabağ”la oyundakı insidentə görə AÇIQLAMA

İngiltərənin “Arsenal” klubu Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda “Qarabağ”la görüşdə baş vermiş insidentə görə təhlükəsizlik təbdirlərini gücləndirəcək.
Minval.İnfo “Report”a istinadən xəbər verir ki, bu barədə klubdan “Sky Sport”a bildirilib.
London təmsilçisi dekabrın 13-də baş verən insidentin fonunda təhlükəsizlik məsələsinə təkrar baxacaq: “Emireyts” stadionunda təhlükəsizlik tədbirləri davamlı gözdən keçirilir. Cümə axşamı baş verən insidentin fonunda kənar şəxslərin meydançaya girməsinin qarşısını almaq üçün daha nələr etməyin mümkünlüyünə baxacağıq. Bizim arenada bu cür hadisələr nadir hallarda baş verir. Çünki təlim keçmiş stüardlarımız bu cür cəhdlərə nəzarət edirlər”.
Qeyd edək ki, UEFA “Arsenal”ın 1:0 hesabı ilə qalib gəldiyi matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin “Dağlıq Qarabağ”dakı separatçı rejimin bayrağı ilə meydana daxil olmasına görə intizam işi açıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan taekvondoçusu ardıcıl ikinci dəfə dünya çempionu titulunu qazanıb
İdmançımız 7 il sonra Azərbaycana medal qazandırdı - Fotolar
Türkiyənin bu məşhur futbol klubuna muzey açıldı
UEFA səfər qolu üstünlüyünü ləğv edəcək
Roben “Beşiktaş” klubunu ələ salıb
Mahir oyundan sonra "Neftçi"nin futbolçusuna mesaj yazdı - Foto
Buffon “Yuventus”da sonuncu dəfə meydana çıxdı – FOTO-VİDEO