Arıçılıqla məşğul olan şəxslərə pul veriləcək

Baş nazir Novruz Məmmədov “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nı təsdiq edib.
Minval.info xəbər verir ki, qaydalarda nəzərdə tutulur ki, arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 (on) manat məbləğində subsidiya verilsin.
Arıçılar saxladıqları arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib etdikləri ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim etməlidirlər.
Arıçılar əldə etdikləri məhsul barədə hər il arıçılıq mövsümü başa çatdıqdan sonra oktyabrın 30-dək bu Qaydanın 4 nömrəli əlavəsində göstərilmiş formada hesabat hazırlayaraq, ümumi poçt və ya elektron qaydada rayon (şəhər) komissiyalarına göndərməlidirlər.
Bu qərar 2018-ci il də daxil olmaqla, 5 (beş) il müddətində qüvvədə olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu