Araz İbrahimov: “COVID-19 sonsuzluğa səbəb olur”
“Alimlərin apardığı araşdırmaların nəticəsinə əsasən koronavirusdan ölən şəxslərin təxminin 32 %-də kəskin böyrək çatışmazlığı aşkar olunub”.
“Minval.info”un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.
O qeyd edib ki, 3-10 % xəstələrdə isə ani böyrək çatışmazlığı qeydə alınır: “COVID-19-un mənfi təsirlərindən biri də sonsuzluğa səbəb olmasıdır. Bu da öz təsdiqini tapıb. Koronavirus infeksiyası ağciyərlər, ürəklə yanaşı, böyrəyə ciddi ziyan vurur”.
A.İbrahimov, həmçinin uroloji xəstəlikdən əziyyət çəkən şəxslərin peyvənd olunub-olunmaması məsələsinə də aydınlıq gətirib: “Uroloji xəstəliklərin kəskin dövründə vaksin vurulması məsləhət deyil. Çünki peyvəndin vurulduğu dövrdə geridönüş cavab ala bilmərik. Odur ki, müalicə müddəti bitdikdən sonra peyvənd vurula bilər. Bundan başqa, qan xəstəliyi olan xəstələrə də peyvənd vurulmasını tövsiyə etmirik. Yerdə qalan uroloji xəstələrin peyvənd vurdurması əksinə daha xeyirlidir. Böyrək köçürülən xəstə əməliyyatdan 6 ay sonra peyvənd vurdura bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!