AQTA sədri kütləvi qida zəhərlənməsi faktlarına münasibət bildirib
“Zəhərlənmə faktları bir daha sübut edir ki, qida təhlükəsizliyi qaydaları daha çox ictimai iaşə müəssisələrində gözlənilmir”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kütləvi zəhərlənmələrə bağlı məsələyə münasibət bildirən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində məlum olub ki, ilkin istehsal müəssisələrində qida təhlükəsizliyi rejimi gözlənilsə də, ictimai iaşə müəssisələrində bu tələbə əməl edilmir: “Bura insanların kütləvi qidalandığı müəssisələr, xüsusilə də şadlıq evləri, restoranlar, kafelər aiddir. Qida təhlükəsizlik sisteminin gözlənilməsi tək qidaların özünün keyfiyyəti ilə bağlı deyil, orada işləyən şəxslərin şəxsi gigiyena qaydalarına əməl etməməsi ilə də bağlıdır”. AQTA sədri qeyd edib ki, qida zəhərlənmələri faktlarının təxminən 95 faizinin laborator ekspertiza göstəricilərində insanların şəxsi gigiyena qaydalarına əməl etmədikləri məlum olub: “Məhsul bütün təhlükəsizlik göstəricilərinə uyğun istehsal oluna bilər. Məhsul düzgün daşına bilər, amma emal prosesi zamanı həmin şəxslər müvafiq sanitar-gigiyena qaydalarına əməl etməsələr, bunun nəticəsində insanların toy mərasimlərində kütləvi şəkildə mədə-bağırsaq pozğunluğuna səbəb ola bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"