Aptekdən dərman aldı -İçərisində qara rəngdə qırıntılar aşkarlandı - VİDEO
Mingəçevir şəhər sakini övladı üçün şəhərdəki apteklərdən birindən dərman alıb. 10 gün sonra siropun içində qara rəngdə qırıntılar görüb. Məsələyə aptekin satış müdiri də münasibət bildirib.
Aptekdən aldığı dərmandan qara rəngdə qırıntılar tökülüb.
Xoşagəlməz hadisə Mingəçevir sakini Tahir Mikayılovun başına gəlib. O yaşadığı şəhərdə apteklədən birinə yaxınlaşaraq 16 manat 80 qəpik pul ödəyərək dərman alıb.Övladı 10 gün həmin siropu qəbul etdib və bu zaman müəyyən sancıları yaranıb. Şəhər sakini aldığı dərmanın icərisində məlum olmayan qırıntıları gördükdən sonra aptekə müraciət edib.
Mingəçevir sakini aldığı dərmanının övladına əks təsirindən narahatdır. Tahir Mikayılov 30 yaşlı digər övladının illər öncə qəbul edilən dərmandan şikəst olduğunu bildirib.
Məsələ ilə bağlı aptekin satış müdiri Elvin Əhmədov şifahi olaraq bildirdi ki, Tahir Mikayılov martın 14-də həmin siropu alıb.10 gün sonra onda qara rəngdə qırıntıların olduğunu görüb. Bu zamana qədər dərman normal şəraitdə saxlanmayıb və nəticədə belə vəziyyət yaranıb.
https://youtu.be/u-ST_1BYis8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?