Antalyada 38 meşə yanğını nəzarətə alındı
Antalyada son iki gün ərzində 38 meşə yanğını qeydə alınıb. 29-30 avqust tarixlərində baş verən bu yanğınlardan 14-ü meşəlik ərazilərdə, 24-ü isə meşəlik ərazilərə yaxın açıq sahələrdə meydana gəlib. Alovlarla mübarizə həm havadan, həm də qurudan effektiv və koordinasiyalı şəkildə aparılıb.
Minval.info xəbər verir ki, yanğınların hamısı nəzarət altına alınıb. Yanğınların təsir etdiyi ərazilər əsasən Alanya (Obaalacami, Beldibi, Fakırcalı, Dim, Uzunöz), Aksu (Topallı), Muratpaşa (Güzeloba), Kaş (Palamut, Yeşilköy), Manavqat (Güzelyalı, Düzağaç), Serik (Akbaş) və Beydiğin (iki ayrı nöqtə) bölgələrində olub. Kepez, Kumluca, Elmalı, Gazipaşa, Kaş və Konyaaltı bölgələrində isə açıq sahələrdə yanğınlar baş verib.
Görülən operativ tədbirlər nəticəsində fəlakətin daha da böyüməsinin qarşısı alınıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı