Anım Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərildi
27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Vəkillər Kollegiyası tərəfindən ölkə üzrə pulsuz hüquqi yardım aksiyası həyata keçirilib. Bu aksiya çərçivəsində vətəndaşlara müxtəlif hüquqi məsləhətlər verilib.
Minval.info xəbər verir ki, sentyabrın 25-də “Pro Bono”, “Mərkəz”, Bakı şəhərindəki 5, 10, 11, 19 və 20 saylı vəkil büroları, eləcə də Gəncə, Şirvan və Mingəçevir şəhərlərindəki vəkil büroları tərəfindən bu tədbir təşkil edilib.
Aksiyada vətəndaşların müraciətləri əsasən cinayət, inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktların müəyyənləşdirilməsi, pensiya təminatı, kredit mübahisələri və mənzil təminatı kimi sosial məsələlərə yönəlib.
Bundan əlavə, sakinlərə hüquqi sənədlərin tərtibi və davamlı hüquqi yardımın göstərilməsi istiqamətində dəstək verilib. Aksiyada ümumilikdə 80 vətəndaşa hüquqi məsləhətlər təqdim olunub, müvafiq yazılı ərizələr hazırlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşulub
Şəhid övladları üçün əyləncəli tədbir keçirilib
Aytən Səfərova Zığdakı antisanitar vəziyyətə etiraz etdi
Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ərazilər
Azərbaycanda gənclərin məşğulluq səviyyəsi 94 min nəfər azalıb
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Övladına nağıl kitabı aldı, şoka düşdü