Anası Ronaldunu bu kluba aparır - Sürpriz transfer
Kriştianu Ronaldu gələn mövsüm karyerasını yetirməsi olduğu Portuqaliyanın “Sportinq” klubunda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə ulduz futbolçunun anası Dolores Aveyro açıqlama verib. “Sportinq” azarkeşlərinin çempionluq tədbirinə qatılan Ronaldunun anası belə açıqlama ilə çıxış edib:
“Kriştianu ilə danışacam və gələn mövsüm “Sportinq”ə dönməsi üçün razı salmağa çalışacam. Gələn il “Alvalade” stadionunda “Sportinq” forması ilə çıxış edəcək”.
Qeyd edək ki, Ronaldu 18 yaşında – 2003-cü ildə “Sportinq”dən “Mançester Yunayted”ə transfer olunub. İngiltərə klubu 6 il sonra onu həmin vaxt üçün rekord məbləğə – 94 milyon avroya “Real”a satıb. Portuqaliyalı ulduz 2018-ci ildə 117 milyon avro qarşılığında “Yuventus”a transfer olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?