"Anadan, bacıdan bixəbər hansısa..." - Deputat Mirşahinə görə əsəbləşdi
Bakı. 13 mart. Minval.İnfo/ Dünəndən bəri xəbər saytlarında və sosial şəbəkələrdə Mirşahin Ağayevin “ana-bacı” sözlərinin ətrafında müzakirələr davam edir.
Minval.info xəbər verir ki, deputata Fazil Musatafa da bununla bağlı fikirlərini bildirib.
O qeyd edib ki, Mirşahin kimi sözün gerçək mənasında peşəkar və istedadlı bir media kapitanının televiziya kanalı açması çox müsbət haldır: “Azərbaycan istedadlı və peşəkar insanların qıtlığını yaşayan ölkədir, olub-qalan az sayda istedadlıları da qaragüruhçu zehniyyətlə linç etməyə imkan tanımaq olmaz”.
Məlum ifadəsinə gəldikdə isə F.Mustafa sual edib ki, bunu adamın şəxsiyyətini təhqir edənlərə qarşı işlətdiyi mənada anlamaqda nə çətinlik var?: “Anadan, bacıdan bixəbər hansısa düdəmənin biri durub adamın peşəkar fəaliyyətini tənqid etmək əvəzinə, anadan, bacıdan başlayıb adamın şəxsiyyətini təhqir edirsə, hətta Mirşahinin bu formada cavab vermə haqqını da tanımaq istəmirsiniz? Burada tərbiyəli və mədəni insanlara qarşı hansısa pis ifadə işlədilməyib ki? Ünvan bəlli, daha nədən rahatsızlıq yaranır? Kimisə sevməyə borclu deyilsiniz, fikrini, çıxışını bəyənmirsiniz tənqid edin, bu tamamilə sivil bir davranışdır. İndi adamın ailəsini, şəxsiyyətini təhqir edəndə deyirsiniz cavab da verilməsin?”
Deputat sonda M.Ağayevə yeni və dar nəfəslikdə mümkün qədər ekoloji təmiz söz havası arzuladığını bildirib.
Sani M.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudov Fondu “Qafqaz üçlüyü” filmi ilə bağlı bəyanat yayıb
“Qara qutu” oxundu - MiQ-29-un qəzaya uğrama səbəbi bilindi
Aqil Abbasın rəis oğluna töhmət verilib? - DİN-dən açıqlama
Amerika şirkətlərinin Azərbaycanı tərk etməsi məsələsinə aydınlıq gətirildi
"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı
Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-yə nəfərə çatıb - YENİLƏNİB
"Diqlas"dakı yanğından zərərçəkənləri qəbul etmək üçün iki otaq ayrılacaq