14.05.2018 - 16:43
Ölkə
17 baxış
Amnistiya aktı qəbul edilməyəcək
Cümhuriyyətin 100 illiyilə bağlı təklif edilən Amnistiya aktı qəbul edilməyəcək.Minval.info xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, buna səbəb kimi Cümhuriyyətin 100 illiyilə bağlı Əfv sərəncamınının imzalanacağı göstərilir. Həmçinin, qeyd olunur ki, Amnistiya aktının qəbul olunması nəzərdə tutulsaydı, indiyədək Milli Məclisdə müzakirəyə çıxarılmalı idi.
Parlamentdən verilən məlumata görə, məsələ mayın 18-i və 31-i keçiriləcək iclasların gündəliyinə də daxil edilməyib.
Qeyd edək ki, Yeni Azərbaycan Partsiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, deputat Elmira Axundova Mili Məclisdə Amnistiya aktının qəbul olunmasını təklif etmişdilər.
İndiyədək 11 Amnistiya aktı qəbul edilib. Sonuncu akt 2016-cı ildə Heydər Əliyev Fondunun Prezidenti, I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əhmədin 627 ballıq uğur hekayəsi!
07.09.2026 - 21:40
Bakıda leysan və şimşəkli hava gözlənilir
07.09.2026 - 21:19
Azərbaycanda 28 məktəbdə yeni peşə sinifləri açılır
07.09.2026 - 20:44
Mübariz İbrahimovun ev muzeyi yenilənir!
07.09.2026 - 20:16
Bakıda küləkli hava sabah zəifləyəcək
07.09.2026 - 20:09
Azərbaycanda bərpa olunan enerji reyestri qurulur
07.09.2026 - 19:41
Ermənistandan Azərbaycana idxal: Hansı məhsullar mümkündür?
07.09.2026 - 19:34
Banklar maaşdan pul tuta bilərmi? Ekspert açıqladı
07.09.2026 - 19:27