Almaniyada Sol Partiyalı Elif Eralp Dobrindtə qarşı iddia qaldırdı
Almaniyanın paytaxtı Berlində Sol Partiyadan (Die Linke) olan və eyalet başçısı olmağa hazırlaşan Elif Eralp, Daxili İşlər naziri Aleksandr Dobrindtə qarşı məhkəməyə müraciət edib. Eralp’in vəkili Jasper Priqqe, basına verdiyi açıqlamada, Dobrindt’in ZDF televiziya kanalında yayımlanan bir proqramda Eralp’i antisemit kimi təsvir etməsinin iddia qaldırılmasına səbəb olduğunu bildirib.
Minval.info xəbər verir ki, Priqqe, Dobrindt’in ifadələrinin Almaniya Cinayət Məcəlləsinə əsasən “iftira” və “təhqir” kimi qiymətləndirilə biləcəyini vurğulayıb. Proqramın aparıcısı Maybrit İllner, Eralp haqqında danışarkən dil sürüşməsi ilə “Elif Eralp, özünün antisemit olduğunu söyləyir” ifadəsini işlətdikdən sonra dərhal sözlərini düzəldərək “O, antisemit deyil” deyib. Lakin Dobrindt bu ifadəyə “Xeyr, belədir” deyərək qarşılıq verib.
Sol Partiyanın Federal Məclis Qrupunun rəhbəri Heidi Rayçinnek, Dobrindt’in bu sözlərinə kəskin reaksiya verərək, bunu “həqiqətən iyrənc” adlandırıb. Priqqe, Dobrindt’in aparıcının dil sürüşməsini öz fikri kimi qəbul etdiyini və Eralp’in antisemit olduğu yönündə yanlış iddia irəli sürdüyünü bildirib.
İddia ərizəsində, Eralp’in antisemit kimi nitelendirilmesinin siyasi fəaliyyətlərinə ciddi təsirlər edə biləcəyi, bu ifadənin onun siyasi nüfuzuna zərər verə biləcəyi və Berlində hökumət qurulması prosesini təsir edə biləcəyi qeyd edilib. Sol Partiya, Berlin Eyalet Məclisi seçkilərində 25,7% səs toplayaraq birinci olub və Eralp, Sosial Demokrat Partiyası və Yaşıllarla koalisiya quraraq Berlində eyalet başçısı və bələdiyyə başkanı olmağı hədəfləyir.
Elif Eralp’a qarşı antisemitizm ittihamları İsrail Baş naziri Binyamin Netanyahu’ya yönəlik tənqidlərindən dolayı Almaniyada kampaniyaya çevrilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Məkkə Sazişinə qoşulmaq istəyir: Pezeşkian nəyi hədəfləyir
Kolleclərə qəbulun nəticələri açıqlandı: 1818 abituriyent uğur qazandı
Aİ ölkələri Rusiyaya qarşı sanksiyaları siyasi alətə çevirir
Tramp və Si Czinpin görüşü: danışılmayanlar önəmli ola bilər
Serbiyada erkən seçkilər: Vuçiç tələbə hərəkatını necə üstələyə bilər?
Tramp Si Cinpinə silah satışı təklif edib