17.11.2026 - 15:54
Moskva-İrəvan xətində dəmir yolu böhranı
İqtisadiyyat 479 baxış

Moskva-İrəvan xətində dəmir yolu böhranı

Publika.az-ın məlumatına görə, Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Rusiya ilə dəmir yolu əlaqələrinin yenidən qurulmasında çətinliklərin olduğunu bildirib. Onun sözlərinə görə, ölkənin dəmir yollarının bərpasına ciddi ehtiyac var.

Rubinyan qeyd edib ki, Ermənistanın dəmir yolu şəbəkəsini Rusiya şirkətləri idarə edir. Lakin bu şirkətlərə qarşı tətbiq edilən sanksiyalar ölkənin tranzit mərkəzi kimi fəaliyyətini məhdudlaşdırır. O, bu məsələnin geosiyasi deyil, iqtisadi xarakter daşıdığını vurğulayıb və Ermənistanın iqtisadi rəqabət qabiliyyətini qorumaq üçün müəyyən səviyyəyə çatmasının vacibliyini bildirib.

Spiker əlavə edib ki, Rusiyaya və onun dəmir yollarına qarşı heç bir etirazları yoxdur, lakin təcrid vəziyyətində qalmaq istəmirlər. Tranzit imkanlarını itirməmək üçün alternativ həll yolları tapmaq zəruridir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: