Almaniya Ukraynaya dəstək üçün hərəkətə keçdi
Almaniya Bundestaqı hökuməti ağır silahların tədarükünün artırılması daxil olmaqla, Ukraynaya hərtərəfli dəstək verməyə çağıran bəyanat qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Bundestaqın vitse-spikeri Volfqanq Kubiçki məlumat yayıb.
Volfqanq Kubiçki bildirib ki, bəyanatın qəbul edilməsi üçün keçirilən səsvermədə 693 deputat iştirak edib, onlardan 586-sı lehinə, 100 nəfər əleyhinə səs verib, 7-si isə bitərəf qalıb.
Bəyanatla Bundestaq hökumətdən Ukraynada atəşkəsə nail olmaq üçün bütün səyləri dəstəkləməyi tələb edir, eyni zamanda “ukraynalılardan yan keçməklə heç bir danışıqlar aparılmayacağına” zəmanət verir. Qeyd olunub ki, hökumət ABŞ, Kanada, NATO və Avropa İttifaqındakı tərəfdaşları ilə birlikdə Rusiya və Ukrayna arasında mümkün gələcək razılaşmanı dəstəkləməyə hazır olmalıdır.
Qeyd edək ki, Almaniyanın Ukraynaya tam dəstək nümayiş etdirməməsi Kiyevin narazılığına səbəb olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə 12 mindən çox bina dağılıb
Jurnalist Fuad Abbasov azadlıqda - Bakıya gəlir
Prezident fərmanı: bəzi məmurlar xidməti limuzinləri ilə vidalaşmalı olacaq
Yoluxanların sayı azaldığı üçün bu rayonlar “narıncı” zonadan çıxarıla bilər
Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? - Sensasion iddia
"Bir qazini razı salmaq çətin idi?!" - Flora Kərimova